Four Seasons Hotel qida soyuducularında döşəmə örtüyünün yenilənməsi
Four Seasons Hotel-in qida soyuducularında mövcud metal döşəmə örtüyü üzərindəki yararsız hala düşmüş boya və pas cilalama üsulu ilə tam şəkildə təmizləndi. Daha sonra dərz birləşmələrinin bərpası üçün Metal Repair Paste materialından istifadə edildi.
Hazırlanmış səth əvvəlcə Carboline Carboguard 60 materialı ilə astarlanaraq möhkəmləndirildi və üzərinə kvars qumu səpildi. Səthin davamlılığını artırmaq məqsədilə döşəmə Fiberglass Mesh örtüklə gücləndirildi. Növbəti mərhələdə isə Böyük Britaniya istehsalı olan Flowcrete Flowfresh SL materialı 2 qat olmaqla təyin olunmuş qalınlıqda tətbiq edildi və yenidən kvars qumu ilə möhkəmləndirildi.
Bu sistemin əsas üstünlüklərindən biri onun antibakterial xüsusiyyətə malik olmasıdır. Tərkibindəki Polygiene gümüş ionları sayəsində səthdə bakteriyaların çoxalmasının qarşısı alınır. Bundan əlavə, örtük -10°C-dən +50°C-yə qədər temperatur dəyişikliklərinə davamlıdır ki, bu da onu qida sənayesində istifadə üçün ideal həll edir.