Bmy Caspian

Məhsullar

MƏHSUL HAQQINDA:
Balkon, terras, duş kabinlərini, hamam və üzmə hovuzların beton səthlərinin qorunması və hidroizolyasiyası üçün 2 komponentli elastik beton örtüyüdür.
TƏTBİQ SAHƏLƏRİ:
–Su anbarlarının struktur hidroizolyasiyasında;
–Keramik plitələri qoymazdan əvvəl, vanna otaqlarının, duş, eyvanların, terrasların, hovuzların və s. yerlərin hidroizolyasiyasında;
–Alçıpan, suvaq və ya sement səthlərinin yüngül beton bloklarının və suya davamlı fanerlərin hidroizolyasiyasında;
–Kiçik profilli beton strukturlarının, o cümlədən yük altında yüngül deformasiya olmuş beton plitələrin (yəni yığma panellərin) elastik izolyasiyasında;
–Büzülmə nəticəsində çatlamış betonun su sızmalarından və aqressiv atmosfer maddələrindən qorunması;
–Karbondioksid təsirinə qarşı yol və dəmir yol betonlarının qorunmasında. İncə təbəqəli dəmir-beton konstruksiyalarda, dəmirlərin korroziyaya qarşı qorunmasında;
–Beton səthlərin dəniz suyu və buzlanmaya qarşı olan sodium və ya kalsium xlorid və sulfatlar kimi duzlardan qorunması.
ÜSTÜNLÜKLƏRİ:
–Mapelastic bütün ətraf mühit şərtlərində daimi elastikliyini qoruyur;
–1.5 bar təzyiqdə tam su keçirməz;
–Kimyəvilərə, buz əridici duzlara, sulfatlara, xloridlərə və karbon dioksidə qarşı davamlıdır;
–Keramika, mərmər, suvaq və beton səthlərə yüksək yapışma xüsusiyyəti;
–UB şüalarının aşındırıcı effektinə qarşı davamlılığı binanın hidroizolyasiyasını və qorunmasını təmin edir;
–Aqressiv və kirlənmiş ətraf mühitdə belə uzun müddətli qoruma və izolyasiya təmin edir;
QABLAŞDIRMA:
(A: 24 kq./toz + B: 8 kq./maye) = 32 kq./dəst
İSTİFADƏ MİQDARI:
Fırça ilə tətbiq olduqda - 1.7 kg/m² 1 mm qalınlıq üçün. Pulverizatorla 2.2 kq/m² 1 mm qalınlıq üçün.

TDS-EN

TDS-RU