Bmy Caspian

Tərəfdaşlarımız

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Marsol” MMC-nin partnyor şirkətləri arasında görüş olub.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev və digər nümayəndələr iştirak edib.

M.Abbasbəyli bildirib ki, Agentlik dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Görüşdə, həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Sonda şirkətimiz ilə Dövlət Məşğulluq Agentliyi arasında gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə layihələrin icrası ilə bağlı razılıq əldə edilib.