Bmy Caspian

Tərəfdaşlarımız

14 oktyabr 2023-cü il tarixində İCMA- İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və MARSOL Groupun təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə iş adamlarının birgə görüşündə şirkətimizin həm-təsisçisi Mehman Məmmədov da iştirak etmişdir.

Bu görüşdə aparılan fikir mübadiləsində Azərbaycan və Şimali Kipr arasında mövcud olan və inkişaf etdirilə biləcək biznes əlaqələrini, o cümlədən, ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Aparılmış müzakirələr əsasında şirkətimizin öz sahəsində gələcək işlərinə faydalı olacaq məlumatlar əldə edilib.