Bmy Caspian

Tərəfdaşlarımız

"Bilgeh Beach Hotel"-in hovuzlarında bərpa işləri.
 Mövcud hovuzların daxili səthlərinin üzərinə və kanalların içərisinə FOX Ultratex membran sistemi tətbiq olunur. FOX ULTRATEX membranı, hovuz dərmanlarına, təmizləyici maddələrinə qarşı yüksək kimyəvi müqavimətinə sahib 3 qat polipropilen və polietilen əsaslı membranlarından ibarətdir.  
Tətbiqi isə hovuz səthinə FOX Ceraflex FX 114 (flex) elastik yapışdırıcı ilə mindirmə dərzlərində FOX Multiseal FS478 / Ultraseal FS485 yüksək elastikliyə sahib özəl izolyasiya materialı ilə həyata keçirilir. Künclərdə isə sistemə özəl 3 qatlı xüsusi bandlar istifadə olunur. 
Mövcud layihədə, FOX ULTRATEX hidroizolyasiya sistemin üzərinə yeni özəl naxışlı mozaika FOX Ceraflex FX 114 yapışdırıcısı ilə yapışdırılır və FOX FUGAMORTAR FX100 flex ara doldurucusu ilə dərzlər doldurulacaq.
Hovuzların kanalları, kanal qəfəsləri, texniki otaqlarda motorları, havalanadırma sistemləri və s. avadanlıqları yenilənir. Orda işləyən özəl ustalarımızdan və mühəndis kardlarından ibarət komandamıza uğurlar arzulayırıq və ümumiyyətlə Bilgeh Beach Otelin layihəsində görüləcək bütün digər bərpa işlərimizi zamanında tamamlayıb, tələblərə uyğun şəkildə tezliklə təhvil vermələrini arzu edirik.