Bmy Caspian

Məhsullar

<<D5>> - BETONA W35 (35 ATM QƏDƏR) SU KEÇİRİMSİZLİK, SULFATA DAVAMLILIQ, ƏLAVƏ MÜQAVİMƏT, AXICILIQ VƏ ÖZÜ-ÖZÜNÜ BƏRPA ETMƏ KİMİ BİR ÇOX XÜSUSİYYƏTLƏR QAZANDIRAN YENİ NƏSİL BETON QATQISIDIR.

“D5” qatqısı Rusiyanın Vladikafkaz şəhərində yerləşən "TOKAR" elmi-istehsalat zavodunda 10 ilə yaxındır ki istehsal olunur və Rusiyanın bir çox müxtəlif təyinatlı bina, tunel, körpü, Su Elektrik Stansiyaları, kanalizasiya, içməli su rezervuarlarında, olimpik üzmə hovuzlarında və digər su ilə təmasda olan tiklilərdə uğurla istifadə olunub. "BMY Caspian" MMC şirkəti Azərbaycanda "TOKAR"-şirkətinin rəsmi və eksklüziv dileri olub, "D5" qatqısının Azərbaycandakı

distributorudur. "D5" qatqısı aşağıda sadalanan bir çox funksiyalara sahibdir:

D5- qatqısı betona «W35» qədər (yəni 35 atmosferə qədər) betona su keçirimsizlik qazandırır. Bu isə su ilə bir başa təmasda olan hovuz, bünövrə, tunel kimi tiklilərin beton səthinə sonradan heç bir izolyasiya qatını tətbiq etmədən 35 atmosfer su təzyiqinə qədər betona su keçirimsizlik xüsusiyyətini verir. (Rusiyada və bir çox SNG ölkələrində, çay və dəniz kənarlarında yerləşən binaların bünövrələrində, yeraltı tunellərində, hidroelektrik stansiyalarında, beton kanalizasiya borularında və s. su ilə daimi təmasda olan tiklilərdə artıq 10 ilə yaxın çox uğurla tətbiq olunur və qüsursuz nəticələrə sahibdir.

D5-qatqısı, betona su keçirimsizlik xüsusiyyətini verməklə yanaşı, betonun sulfata davamlılığını da 3-4 dəfə artırır. Betona qatılan normal (Portland) sementi ilə, betonu sulfata davamlı beton edir və maliyyəti digər, xüsusi sulfata davamlı sementi ilə hazırlanan bahalı betondan daha aşağı olur, sulfata davamlılıq göstəriciləri isə daha yüksək əldə edilir.

Betona D5 qatqısı betonun sement nisbətinə görə 2-3% əlavə olunduqda, artıq betona hər hansı başqa

hiper/super və ya başqa bir plastifikator qatmağa ehtiyac qalmır. Betona bütün lazımlı yüksək axıcı xüsusiyyətlərini,

şaxtaya davamlılıq, 2-3 saata qədər transfer zamanını və s. xüsusiyyətlərini qazandırır.

D5 əlavəsi ilə hazırlanan betonun istismarı zamanı (məs. qatarların tuneldə, ağır nəqliyyat vasitələrin körpü üzərindən keçməsi ilə meydana gələn) dinamik yüklərdən betonda meydana gələ biləcək 0.25mm qədər çatları, beton özü-özünə bağlayaraq bərpa etmə xüsusiyyətinə sahibdir. Bu qaynaşma iki fərqli zamanda tökülən beton arasındakı soyuq dərzdə də əmələ gəlir.

D5 əlavəsi qatılan beton, müqavimətini 28 gündə normal betondan 50% daha çox alır və s. digər müsbət D5 beton əlavəsi ilə əlaqədar daha ətraflı məlumat almaq üçün mütəxəssislərimizlə əlaqə saxlaya bilərsiz.