MƏHSUL HAQQINDA:
CCS PS Fleks GG 90/PG 180 atmosfer amillərinə, UB şüalara və atmosferdə olan kimyəvi maddələrin təsirinə, həmçinin, yanacaqlara və yağlara qarşı yüksək davamlılığa sahib olan polisulfid əsaslı, elastomer ara doldurucu mastikadır.
TƏTBİQ SAHƏLƏRİ:
– Daxili və xarici məkanlarda, üfüqi və şaquli səthlərdə
(PG 180 - yalnız üfüqi, GG 90 - həm üfüqi, həm şaquli səthlərdə);
– Tikililərin torpaq altında daim suya məruz qalan bitişik dərzlərdə;
– Hava limanında uçuş-enmə zolaqlarında və anqarların qabağında olan betonlanmış meydançalarda;
– Enerji stansiyalarında, avtomobil yollarında və körpülərdə;
– Yanacaq baklarında, yanacaq doldurma məntəqələrində;
– Anbarlarda və qarajlarda;
– Daim ağır nəqliyyat vasitələrin və piyadaların intensiv hərəkətinə məruz qalan sənaye obyektlərinin döşəmələrində;
– Stadionlarda, terras və balkonlarda;
– Günəş şüalarının, suyun, bir çox kimyəvi maddələrin və senaye tullantılarının təsirinə məruz qalan sahələrdə;
– İçməli su saxlanan su anbarlarında güvənlə istifadə olunur;
ÜSTÜNLÜKLƏRİ:
– İkikomponentlidir; rahat və sadə yolla istifadə olunur;
– Özüyayılan (PG 180) və tapanca (GG 90) ilə vurulan növləri var;
– Yüksək kimyəvi davamlılığa malikdir;
– Müxtəlif növ materiallara (beton, polad və s.) və müvafiq astarlara əla adgeziya olunur;
– Bütün istismar müddəti ərzində atmosfer amilləri materialın fiziki xassələrinə təsir etmir;
QABLAŞDIRMA:
A + B = 4 kq/set
İSTİFADƏ MİQDARI:
- 10 mm x 10 mm – 0,15 kq/mt
- 20 mm x 10 mm – 0,30 kq/mt
- 40 mm x 20 mm – 1,15 kq/mt
- 50mm x 25mm – 1,80 kq/mt