Bmy Caspian

Məhsullar

MƏHSUL HAQQINDA:
CCS Waterplug tərkibi xüsusi sement və mineral dolğularından ibarət olan, aktiv su axınlarının təcrid edilməsində, montaj və təmir işlərində istifadə edilən, yüksək yapışma qabiliyyətinə malik olan, su ilə qarışdırıldıqda genişlənərək bərkiyən, istifadəyə hazır tıxac məhluludur.
TƏTBİQ SAHƏLƏRİ:
–    Daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
–    Statik (hərəkətsiz) çatların təmirində;
–    Aktiv su axınlarının təcrid edil¬məsində;
–    Boru və kabellər üçün giriş kanalların sudan təcrid edilməsində;
–    Betonda olan deformasiya təmirində;
–    Hidroizolyasiyasından qabaq su axan yerin doldurulması və suyun dayandırılmasında;
–    Pərdə betonu qəlibin içində olan armatur dayaqlarından qalan boşluqların doldurulmasında;
–    Beton birləşmələrin, künc hissələrindəkidərzlərin və soyuq dərzlərin təmirində;
–    Metal ankerlərin və birləşdirici elementlərin bərkidilməsində istifadə edilir;
ÜSTÜNLÜKLƏRİ:
–    Birkomponentlidir, qatışığın hazırlanması üçün yalnız su tələb olunur;
–    Ani laxtalanma hesabına aktiv su axıntılarını asanlığla qapayır;
–    Genişlənməsi və su keçirməməzliyi tıxac rolunuyerinə yetirir;
–    Yüksək davamlılığa və sabitliyə malikdir;
–    Tətbiq etdikdən 15 dəqiqə sonra izolyasiya materiallarını istifadə etmək olar;
–    Tərkibində xlor olmadığına görə polad armaturlar korroziyaya məruz qoyulmur;
–    İçməli su saxlanan su anbarlarında əminliklə istifadə edilə bilər;
QABLAŞDIRMA:
7 kq-lıq qablarda
İSTİFADƏ MİQDARI:
Dəyişkəndir

 

TDS-AZ

TDS-EN