MƏHSUL HAQQINDA:
CCS Kristal – sement əsaslı, kapilyar effektli, daxili (pozitiv) və xarici (neqativ) yöndən gələn sulara qarşı kristallaşdırıcı su izolyasiya materialı.
TƏTBİQ SAHƏLƏRİ:
– Daxili və xarici məkanlarda, şaquli və üfiqi səthlərdə;
– Özüllərin və pərdə divarların sudan təcrid edilməsində;
– Su çənlərində;
– Tunellərdə;
– Lift quyularında;
– İstinad divarlarında;
- Bəndlərdə və limanlarda istifadə edilir;
ÜSTÜNLÜKLƏRİ:
– Asan hazırlanır və tətbiq edilir;
– Fırça ilə çəkilir;
– İstifadə müddəti uzundur;
– CCS Kristal davamlı (həll olunmayan) kristallar əmələ gətirərək, kapilyar boşluqları doldurur və bununla da sukeçirməzliyi təmin edir;
– Betonu və armaturu suyun korroziya edici təsirindən qoruyur;
– Suyun mənfi və müsbət təzyiqinə qarşı davamlıdır;
– Su buxarını keçirir;
– Donma – ərimə dövrlərinə dayanıqlıdır;
– İçməli su saxlanan su anbarlarında əminliklə istifadə edilə bilər (sınaq aktı var);
QABLAŞDIRMA:
Polietilenlə möhkəmləndirilmiş 20 kq-lıq kraft-kisələr
İSTİFADƏ MİQDARI:
- 1-ci qat – 1,00 kg/m²
- 2-ci qat – 1,00 kg/m²