Bmy Caspian

Tərəfdaşlarımız

Bu gün BMY Caspian MMC-nin həmtəsisçisi Mehman Məmmədov yeni UHOM-"Tikinti və daşınmaz əmlak kompleksi" layihəsinin təqdimatında iştirak edib. Layihə, Azərbaycanın ən böyük müasir tikinti materiallarının marketini və inşaat xidmətlərini əhatə edəcək. Burada bütün tikinti xidmətlərini və tikinti materialların aparıcı istehsalçılarının məhsulları təqdim olunacaq. Kompleksdə həmçinin aparıcı rieltorların, memarların, dizaynerlərin və təmir-tikinti işlərini görən şirkətlərin də xidmətləri fəaliyyət göstərəcək. Burada daşınmaz əmlak alaraq və oradaca memarlarııq xidmətini, təmir və tikinti işlərini aparan şirkətlər ilə razılaşaraq, mağazada təmiri üçün lazım olan bütün tikinti materiallarını dizayna uyğun almaq mümkün olacaq. Orada alınan bütün tikinti materiallarının sahəyə çatdırılması üçün isə xüsusi daşıma xidmətlərin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Kompleksdə ən müasir tikinti materiallarının satışı ilə bərabər bu materialların tanıtımı və ustalara tətbiqi ilə də bağlı təlimlərin keçirilməsi də nəzərdə tutulur. Bu təlimlər üçün yerli və xarici şirkət nümayəndələrinin cəlb olunması planlaşdırılır. Şirkətimiz də bu layihədə iştirak etmək üçün dəvəti qəbul edərək, layihənin təkcə Azərbaycanda deyil, xaricdə də uğurla davam etməsi üçün öz tövhələrini verməyə hazır olduğunu bildirdi. Təqdimatdan sonra keçirilən görüşdə özünü eyni zamanda Azərbaycanın İş adamları Milli Assosiasiyasının – “ICMA”-nın İdarə Heyətinin üzvü kimi təqdim edən Mehman Məmmədov bu sahənin aparıcı şəxsləri ilə, o cümlədən Rusiya Federasiyasının Azərbaycandakı səlahiyyətli səfiri cənab Mixail Nikolaevich Evdokimov ilə də görüşüb. Cənab Evdokimov ilə danışıqlar zamanı Azərbaycanın və Rusiyanın tikinti materialları bazarının və ümumilikdə bütün tikinti sektorunun mövcud vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub. Mehman Məmmədov, layihənin təsisçisi cənab Rövşən Qasımzadəyə, Greenstream şirkətinin həmtəsisçisi cənab Ramin Şərifova və bu layihənin bütün digər təşkilatçılarına şirkətimiz adından öz təşəkkürünü bildirib və bu layihədə bol uğurlar arzuladı!