Bmy Caspian

Bizim tərəfdaşlarımız

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinin işğalını həyata keçirib. Fevralın 25-də axşam saatlarında artilleriya silahından, ağır hərbi texnikadan istifadə edilməklə başlanmış kütləvi atışma şəhərə hücumdan əvvəl olub. Bunun nəticəsində şəhərdə yanğın başlayıb və səhər saat beşə qədər bütün şəhər od tutub yanıb. Şəhərdə qalan əhali (təxminən 2500 nəfər) Ağdama - rayon mərkəzinə və əsasən azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə yol tapmaq ümidi ilə evlərini tərk etmək məcburiyyətində qaldı.