BMY Caspian şirkətinin həmtəsisçisi Mehman Məmmədov, bugün Rusiyanın Vladikavkaz şəhərində yerləşən və betona W35 (35 atm. qədər) su keçirimsizlik, sulfatadavamlılıq kimi xüsusiyyətlər qazandıran özəl "D5" beton qatqısını istehsal edən TOKAR firmasının zavodunu ziyarət etmişdir. Görüş zamanı yeni istehsal olunacaq "D4" beton qatqısı haqqında texniki məlumatlar alındı və fikir mübadiləsi keçirildi.
Tezliklə Azərbaycana gətirəcəyimiz yeni "D4" beton qatqısı, "D5"-dən fərqli olaraq inşaat sahələrində birbaşa beton mikserinə qatıla biləcək və "D5"-in bir çox xüsusiyyətlərini daşıyacaq.Qeyd edək ki, bu qatqılar təbii mineral tərkibli olduğu üçün içməli su rezervuarlarında istifadəyə uyğundur və bununla bağlı uyğunluq sertifikatına sahibdir.